Allahla söhbət

Dedim: İlahi çox naümidəm!

Buyurdu: «Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir! (Zümər surəsi 53)



Dedim: İlahi! Heç kəs bilmir ki, mənim qəlbimdən nələr keçir?

Buyurdu: “Bilin ki, Allah insanla onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar; Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!” (Ənfal surəsi 24)



Dedim: İlahi! Səndən başqa heç kimim yoxdur!

Buyurdu: “And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq!” (Qaf surəsi, 16)
Ardı →

İşığa doğru

Bir dəstə arını və milçəyi şüşə bir qaba salırlar. Şüşənin açıq, yəni ağız tərəfini qaranlığa, bağlı, yəni dib tərəfini isə işığa doğru yerləşdirirlər.

Arıların hamısı işıq olan tərəfə uçurlar. Ancaq şüşənin dibi bağlı olduğu üçün qaça bilmirlər. Milçəklər isə qaranlıq olan tərəfə uçurlar. Və şüşənin agzı açıq olduğu üçün qaçıb gedirlər. Təcrübə davam edir və nə qədər qəribə də olsa, heç bir arı (hətta şüşənin ağzıaçıq olmasına baxmayaraq) qaranlıq tərəfə getmir. İlk baxışdan arıların ağılsız olduqlarını düşünmək olar. Ancaq daha dərindən düşündükdə çox əhəmiyyətsiz görünən bu hadisədə böyük bir hikmət olduğunu görmək olar…


Ardı →

Qaranquşların ömrü 6 aydır...

Qaranquş bir adamla dost olmaq istəyirdi. Bir gün bütün cəsarətini toplayıb, pəncərəsinin qarşısına qondu. Dərin bir nəfəs aldıqdan sonra pəncərənin şüşəsini döyməyə başladı: Tık… Tık… Tık…
Adam bərk məşğul idi. Səsi eşidib pəncərəyə yaxınlaşdı. Qaranquşu gördü. Qaranquş həyəcanla: “Ey insan, mən səninlə dost olmaq istəyirəm. Neçə vaxtdır ki, səninlə danışmaq istəyirəm. Nə olar, məni içəri burax, bir yerdə yaşayaq“, -dedi. Adam isə tərs-tərs: “Sən haradan çıxdın, bircə sən çatmırdın. Səni içəri buraxa bilmərəm. Sən quşsan. Heç quşdan da insana dost olar?“ — deyə cavab verdi.
Ardı →

Aslanın üç tükü

Anası o hələ on yaşında olanda vəfat etmiş, bir il sonra isə atası başqa bir qadınla evlənmişdi.
Qadın çox xoşniyyət və xoşxasiyyət bir insan idi. Ancaq balaca oğlan onu heç cür qəbul edə bilmirdi. Ögey ana ona cürbəcür hədiyyələr alır, o da bu hədiyyələri küçəyə atırdı. Qadın onunla danışmaq istəyəndə isə ya ondan qaçır, ya da ən acı sözlərlə ürəyini sındırırdı. Qadın artıq çarəsiz qalmışdı. Axırda dərdini qonşu kənddə yaşayan müdrik bir qocaya açmağı qərara aldı…


Ardı →

Dərs

ABŞ-da iş axtaran gənc bir oğlan avtomobil sənayesinin maqnatı, məşhur sahibkar Henri Fordun qəbuluna düşmək istəyir. Fordun katibəsi oğlana müdirinin onunla yalnız 8 ay sonra görüşə biləcəyini deyir. Razılaşdıqları vaxtda görüşmək üçün gənc səkkiz ay sonra yenidən şirkətə yollanır. Katibə Fordun bir görüşü olduğunu, amma gəncin onunla birlikdə gedə biləcəyinı söyləyir. O, dünyanın ən məşhur sahibkarlarından biri ilə maşına əyləşir. Yolda  heç biri ağzını açıb danışmır.


Ardı →

Müvəffəqiyyət qanunu: Təşəbbüs və liderlik

Təşəbbüs və liderlik. Bunlar ona görə bir yerdədir ki, liderlik uğur qazanmaq üçün vacibdirsə, təşəbbüs liderlik vərdişinin yaranması üçün əsasdır. Vaqon təkəri üçün ox nə qədər zəruridirsə, təşəbüs də uğur üçün bir o qədər lazımdır.
Bəs təşəbbüs nədir?
Bu elə bir müstəsna keyfiyyətdir ki, hər hansı bir göstəriş olmadan belə, insanda ixrac olunmalı işin görülməsinə həvəs oyadır.
Təşəbbüs lazım olanı icra etməkdir.
Kim istənilən işdə lider olmaq istəyirsə, ləngimə onun öldürücü düşmənidi və mütləq bu vərdişi tərgitməlidir. 
Mən görürəm ki, bədənimin əzələləri istifadə olunduqda güclənir və başa düşürəm ki, təşəbbüskarlıq vərdişi də istifadə olunduqca möhkəmlənir.
Ardı →

"Müvəffəqiyyət qanunu" kitabı necə yarandı və ya Napoleon Hill kimdir?

Napoleon Hill (1883-1970) Müasir Amerika ədəbiyyatının klassiklərindən biri olub. O, Virciniyada kasıb bir ailədə dünyaya göz açıb. On yaşında anasını itirib. 13 yaşında ikən “Kiçik şəhərcik” qəzetində müxbir kimi işləməyə başlayıb.


Buradan qazandığı pulu təhsilinə sərf edib. Qısa bir zamandan sonra maddi çətinliyə görə təhsilini dayandırıb. 1908-ci il Hillin həyatında həlledici olmuşdur. Həmin il ona tanınmış şəxslərin uğurlu iş həyatı haqqında silsilə məqalələrin yazılması sifariş edilir. O, birinci məqaləsini, o dövrdə dünyanın ən varlı insanlarından biri sayılan Endryu Karnegiyə həsr edir.


Ardı →

25. Yorğunluq və narahatçılığın vaxtında qarşısını almaq üçün

Önəmli əmək vərdişi № 1. Problemlərin hazırkı həllinə aid kağızlardan başqa yazı masası üzərində nə varsa, hamısını yığışdırın.
Çikaqo və şimal-qərb dəmiryol şirkətinin prezidenti Roland L.Uilyams deyir: «Yazı masası üzərində müxtəlif məsələlərə aid sənədlər qalaqlayan insan, əgər masasını artıq kağız və materiallardan azad edərək, yalnız təcili həllini gözləyən problem məsələlərin sənədlərini saxlayarsa, gördüyü iş asan və müsbət nəticələnmiş olar. Mən bunu „yaxşı evdarlıq“ adlandırıram və bu „səmərəliliyin birinci addımıdır“ deyirəm.
Əgər siz Vaşinqtondakı konqresin kitabxanasına gedərsinizsə, orada tavanda yazılmış söz diqqətinizi cəlb edəcəkdir: „Nizam göylərin birinci qanunudur.“
Davamı →